Balıkəsir Universitetinin Texnologiya Transfer Ofisinin ilk tanıtım iclası keçirilib

Balıkəsir Universitetinin Texnologiya Transfer Ofisinin ilk tanıtım iclası keçirilib

Bakı. TurkicWorld:

“Maarifləndirmə, Təşviq, İnformasiya və Təhsil Xidmətləri”ni əhatə edən Modul 1 tədqiqatları çərçivəsində ilk tədbir TurkicWorld-un rəsmi media sponsoru olduğu Balıkəsir Universitetinin Texnologiya Transfer Ofisi (TTO) tərəfindən keçirilib.

Əksəriyyəti Mühəndislik Fakültəsinin professor-müəllim heyəti olan akademiklər üçün edilən təqdimatda Prof. Dr. Yücel Oğurlu, Texnologiya Transferi İdarəsinin rəhbəri və prorektor Prof. Dr. Fatih Satıl və Texnologiya Transfer Ofisi Koordinatoru Prof. Dr. Şükrü Metin Pancarcı iştirakçılara ofis fəaliyyəti və prosesləri haqqında məlumat verib.

Texnologiya Transfer Ofisi Başçısı Prof. Dr. Fatih Satılın keçirdiyi görüşdə Texnologiya Transfer Ofisi koordinatoru Prof. Dr. Şükrü Metin Pancarcı və Koordinator Köməkçisi Dos. Dr. Esra Tokay təqdimatları ilə iştirakçılara TTO haqqında məlumat verib.

Rektor Prof. Dr. Yücel Oğurlu TTO-ların düşüncənin konkretləşməsinə zəmin yaratmaq üçün qurulan strukturlar olduğunu vurğulayıb.

O, tədbirə göstərdikləri marağa görə iştirakçılara və TTO komandasına öz təşəkkürlərini bildirib.

Görüşdən sonra 1-ci modul üzrə tədrisin universitetdə digər bölmələrin iştirakı ilə davam etdiriləcəyi bildirilib.

Qeyd edək ki, TurkicWorld ilə Türkiyənin Balıkesir universiteti arasında rəsmi media tərəfdaşlığı 2023-cü ilin yanvar ayının 23-də imzalanıb.