Türkiyə əhalisinin sayı 85 milyonu keçib

Türkiyə əhalisinin sayı 85 milyonu keçib

Bakı. TurkicWorld:

2022-ci ilin dekabr ayında Türkiyə vətəndaşlarının sayı, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 599 min 280 nəfər artaraq, 85 milyon 279 min nəfər olub.

TurkicWorld-un məlumatına görə,bu barədə Türkiyə Statistika İnstitunun məlumatında deyilir.

Məlumatda qeyd olunur ki, keçən il ölkədə kişilərin sayı ümümi vətəndaşların sayının 50,1 faizini ( 42 milyon 704 nəfər) qadınların sayı isə faiz nisbətində 49,9 faiz ( 42 milyon 575 nəfər) təşkil edib.

“2022-ci ilin yanvar-dekabr ayılarında əhalinin 93,4 faizi şəhər və qəsəbələdə yaşayıb. 2021-ci ildə isə əhalinin 93,2 faizi şəhər və qəsəbələrdə yaşayıb”, - deyə məlumatda bildirilib.

Məlumata əsasən keçən il ən çox əhali İstanbulda yaşayıb.

“Keçən il İstanbul sakinlərinin sayı 15 milyon 907 min 951 nəfər olub ki, bu da 2021-ci il illə müqayisədə 67 min 51 nəfər çoxdur. Keçən il İstanbul sakinləri ölkə əhalisnin 18,65 faizini təşkil edib”, - deyə məlumatda qeyd olunub.

Məlumatda o da əlavə edilib ki, keçən il Ankarada 5 milyon 782 min, İzmirdə 4 milyon 462 min sakin yaşayıb.

“2022-ci ildə ölkənin ən az sakin yaşayan bölgəsi Baybur vilayəti olub”, - deyə məlumatda bildirilib.