Son dəqiqə

Murat Kurum zəlzələ

Bütün səylərimiz vətəndaşlarımızın tez bir zamanda evlərinə qayıtmasıdır - Murat Kurum

Bakı, TurkicWorld

Bütün səylərimiz vətəndaşlarımızın tez bir zamanda evlərinə qayıtmasıdır. TurkicWorld-un məlumatına görə, Türkiyənin Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum bununla bağlı twitter hesabında paylaşım edib.

"İlkin mərhələdə Kütləvi Mənzil İdarəsinin (TOKİ) köməyi ilə Nurdağı və İslahiyedə inşa edəcəyimiz 855 evimizin ilk qazıntısını etdik. Qaziantepdə də yaşayış yerlərinin salınması üçün qazıntı işləri davam etdirilir", - deyə paylaşımda qeyd edilib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Ötən axşam isə Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib.

Məlumat üçün qeyd edək ki, zəlzələ nəticəsində Türkiyədə vəfat edən vətəndaşların sayı 43 min 556 nəfərə çatıb.

Mövzuya görə xəbərlər