Hulusi Akar Hatayda Mehmetciyin fəaliyyətini nəzərdən keçirib

Hulusi Akar Hatayda Mehmetciyin fəaliyyətini nəzərdən keçirib

Bakı, TurkicWorld

Hulusi Akar Hatayda Mehmetciyin fəaliyyətini nəzərdən keçirib. TurkicWorld-un məlumatına görə, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər Hatayda Mehmetciyin fəaliyyəti ​​ilə tanış olublar. Küçələrdə keşik çəkən əsgərlərlə də görüşən Akar, Mehmetcikə uğurlar arzulayıb.

Əlavə olaraq qeyd edək ki, Nazir Akar Türkiyə Silahlı Qüvvələri (TSK) və Hərbi zavod və gəmiqayırma zavodu ( ASFAT) tərəfindən qurulan mətbəxi və çörək sobalarını da yoxlayıb, Humanitar Yardım Briqadasının fəaliyyəti ilə bağlı məlumat alıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Ötən axşam isə Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib.

Məlumat üçün qeyd edək ki, zəlzələ nəticəsində Türkiyədə vəfat edən vətəndaşların sayı 43 min 556 nəfərə çatıb.