Zəlzələdən zərər çəkmiş binalar qazla təmin olunub - Fatih Dönməz

Zəlzələdən zərər çəkmiş binalar qazla təmin olunub - Fatih Dönməz

Bakı, TurkicWorld

Zəlzələdən zərər çəkmiş binalar qazla təmin olunub. TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Enerji və Təbii sərvətlər naziri Fatih Dönməz jurnalistlərə açıqlamasında bildirib.

"Vətəndaşlarımızın əsas ehtiyaclarını ödədik. Axtarış-xilasetmə işləri tamamlanıb. Məqsədimiz həyatı mümkün qədər tez normallaşdırmaqdır",- deyə o qeyd edib .

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Ötən axşam isə Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib.

Məlumat üçün qeyd edək ki, zəlzələ nəticəsində Türkiyədə vəfat edən vətəndaşların sayı 43 min 556 nəfərə çatıb.