Əziz Mahmud Hüdayi Fondunun zəlzələ bölgələrində işləri davam edir

Əziz Mahmud Hüdayi Fondunun zəlzələ bölgələrində işləri davam edir

Bakı. TurkicWorld:

Əziz Mahmud Hüdayi Fondu Türkiyənin zəlzələ bölgələrində işlərini davam etdirir.

TurkicWorld xəbər verir ki, fonddan verilən məlumata görə, Kahramanmaraşda “əsrin fəlakəti” olaraq xarakterizə edilən iki böyük zəlzələdən sonra fəlakətdən zərər çəkənlərin ehtiyaclarını qarşılamaq üçün Əziz Mahmud Hüdayi fondu ilk gündən fəaliyyətlərinə başlayıblar.

Hüdayi Fondu 650 min pay yemək, 30 tır su, 59 tır ərzaq, 28 tır müxtəlif məhsullar, 18 tır kömür, 16 tır adyal, 19 tır geyim, 15 tır gigiyenik ləvazimatlar, 12 tır odun, 12 tır soba, 2 tır xalça, 7 tır un, 750 min ədəd çörək, 2000 yataq, 1750 elektrik qızdırıcısı, 1000 qaz balonu, 1000 qaz plitəsi, 500 yuxu tulumu, 12 mobil sanitar qovşağı, 70 bağlama dərman, 150 çadır, 23 konteyner və 18 su çəni zəlzələ bölgəsinə göndərib.

Digər tərəfdən, fond Kahramanmaraş, Hatay, Adıyaman və Malatya şəhərlərində yerləşən “aş evi” və könüllüləri ilə zəlzələ qurbanlarına xidmət göstərir.

Qeyd edək ki, zəlzələ bölgəsində ən mühüm ehtiyaclardan biri zəlzələdə evlərini itirənlər üçün yeni yaşayış məntəqələrinin tikilməsidir.

Əziz Mahmud Hüdayi Fondu AFAD ilə koordinasiyalı olaraq onlarla zəlzələ qurbanına sığınacaq verəcək konteyner məskunlaşma mərkəzləri inşa edir.

Layihə çərçivəsində inşa ediləcək 21 kvadratmetrlik konteynerlərdə 2 otaq, hamam-tualet, mətbəx və elektrik su qızdırıcısı olacaq.