Son dəqiqə

Türkiyə Yalçın Topçu

Biz dövlət, millət olaraq əl-ələ bu əsrin bəlasına qalib gələcəyik - Yalçın Topçu

Bakı, TurkicWorld:

Biz dövlət, millət olaraq əl-ələ bu əsrin bəlasına qalib gələcəyik. TurkicWorld-un məlumatına görə, bu sözləri Prezidentin baş müşaviri Yalçın Topçu Türkiyədə baş verən zəlzələlərlə əlaqədar Ankaraya səfər edən Krım Tatar Türklərinin lideri Mustafa Abdülcemil Kırımoğlu ilə görüşü zamanı deyib.

O, Türkiyədə baş verən zəlzələlər zamanı müharibə şəraitində olmasına baxmayaraq, 175 nəfərlik axtarış-xilasetmə qrupu ilə köməyə gələn Ukrayna dövlətinə, o cümlədən yardımları ilə Türkiyənin yanında olan bütün dövlət və xalqlara milləti və bəşəriyyəti adından minnətdarlığını bildirib.

" Allahın izni ilə qalib gələcəyik. Allahdan zəlzələ şəhidlərimizə rəhmət, yaralılarımıza şəfalar diləyirəm", - deyə o qeyd edib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Ötən axşam isə Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib.
Məlumat üçün qeyd edək ki, zəlzələ nəticəsində Türkiyədə vəfat edən vətəndaşların sayı 42 min 310 nəfərə çatıb.

Mövzuya görə xəbərlər