THY zəlzələ bölgəsindən 296 min 819 nəfəri təxliyə edib

THY zəlzələ bölgəsindən 296 min 819 nəfəri təxliyə edib

Bakı, TurkicWorld:

Türk Hava Yolları (THY) bildirib ki, Kahramanmaraşda baş verən zəlzələlərdən sonra bölgəyə 1646 reyslə 296 819 nəfər təxliyə edilib.

TurkicWorld-un məlumatına görə, bunu THY-nin mətbuat müşaviri Yəhya Üstün 6-21 fevral tarixlərində həyata keçirilən fəaliyyətlərlə bağlı sosial media hesabında bildirib.

"Həyata keçirdiyimiz 1667 ekspedisiya ilə axtarış-xilasetmə və yardım qrupları zəlzələ bölgələrinə çatdırılıb. Evakuasiya uçuşlarımız üçün ödənişsiz rezervasiyamız martın 1-dək davam edəcək. Rezervasyonu olmayan vətəndaşlarımız da təyyarəyə buraxılacaqlar. Biz sizin yanınızda olmağa davam edəcəyik."- deyə o qeyd edib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Ötən axşam isə Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib.