Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 41 156 nəfərə çatıb

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 41 156  nəfərə çatıb

Bakı. TurkicWorld:

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 41 156 nəfərə çatıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.