NATO Türkiyəyə yardım göndərir

NATO Türkiyəyə yardım göndərir

Bakı, TurkicWorld:

Türkiyənin Kahramanmaraş vilayətindəki zəlzələlərdən sonra NATO fəlakətdən zərər çəkən şəxslərə humanitar məqsədli yardım konteyneri göndərib.

TurkicWorld-un məlumatına görə, NATO-dan verilən rəsmi açıqlamada bildirilib ki , 600 ədəd konteyneri daşıyan ilk ticarət gəmisi fevralın ayının 19-da İtaliyanın Taranto limanından Türkiyəyə yola düşüb.

Məlumatda qeyd edilib ki, göndərilən yardım vasitəsilə zəlzələlərdən zərər çəkmiş ən azı 4 min nəfər müvəqqəti sığınacaqla təmin ediləcək.

Qeyd edək ki, NATO konteynerlərin gələn həftə Hatayda yerləşən İsgəndərun limanına çatmasının gözlənildiyini bildirilib.

Əlavə olaraq bildirək ki, NATO-nun baş katibi Yens Stoltenberq ötən cümə axşamı Türkiyənin paytaxtı Ankaraya və zəlzələ bölgəsinə rəsmi səfər edib.

O, Ankarada verdiyi açıqlamada yaxın zamanalarda Türkiyəyə humanitar yardım göndəriləcəyini bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.Zəlzələ nəticəsində həlak olanların sayı 41 020 nəfərə çatıb.