...

Blinken Türkiyəyə səfər edib

Türkiyə Digər xəbərlər 19 Fevral 2023 19:35
TurkicWorld Aytac Aliyeva
Blinken Türkiyəyə səfər edib

Bakı. TurkicWorld:

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken Türkiyəyə səfər edib.

TurkicWorld xəbər verir ki, onu nazir Mövlud Çavuşoğlu qarşılayıb.

Çavuşoğlu və Blinken daha sonra helikopterə minərək dəhşətli zəlzələnin zərər vurduğu Hatay şəhərinə yola düşüblər.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Məqalədə:
Xəbərlər

Xəbər lenti