Son dəqiqə

Türkiyə Mahmut Özer zəlzələ

Türkiyənin 10 vilayətində dərslər martın 1-nə kimi dayandırılıb - Nazir

Bakı. TurkicWorld:

Türkiyənin zəlzələdən ziyan vurulan 10 vilayətində təhsil 1 mart tarixinə qədər dayandırılıb.

TurkicWorld-in məlumatına görə, bu barədə Türkiyənin təhsil naziri Mahmud Özer deyib.

Nazir bildirib ki, fevralın 20-dən etibarən 71 əyalətdə dərslər başlayacaq.

Zəlzələdən zərər çəkmiş şagirdlər üçün özəl məktəblərin tutumunun artırıldığı açıqlanıb.

"Özəl təhsil müəssisələrimizlə lazımi danışıqlar apardıq. Bu gündən etibarən tutumu 3 faizdən 10 faizə qaldırırıq və artırılan 7 faiz tutumu 10 vilayətdən gələn tələbələrimiz üçün istifadə edəcəyik", - deyə nazir qeyd edib.

Mövzuya görə xəbərlər