Bakı. TurkicWorld:
6 fevral 2023-cü ildə Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Türkiyənin Balıkesir Universitetinin rektoru Prof. Dr. Yücel Oğurlunun sədrliyi ilə Zəlzələ Koordinasiya iclası keçirilib. TurkicWorld-ə verilən məlumata görə, videokonfrans üsulu ilə keçirilən görüşdə universitetin akademik və inzibati heyətidə iştirak edib.
İclasda zəlzələdən zərər çəkmiş bölgələrdəki vətəndaşlara AFAD-ın koordinasiyası ilə universitetin göstərəcəyi maddi və tibbi yardımla bağlı digər fəaliyyətlər müzakirə olunub.
İclasda rəsmi qurumların koordinasiyası ilə bağlı işlərin davam etdirilməsi qərara alınıb.
Qeyd edək ki, TurkicWorld ilə Türkiyənin Balıkesir universiteti arasında rəsmi media tərəfdaşlığı 2023-cü ilin yanvar ayının 23-də imzalanıb.