Bakı. TurkicWorld:
Azərbaycanın Tehrandakı səfirliyində törədilmiş xain terror hücumunu edən şəxsi və bunu törədənləri pisləyirik.
TurkicWorld-un məlumatına görə, bu fikirləri Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.
“Bu alçaq hücumda şəhid olan qardaşımıza Allahdan rəhmət, ailəsinə və Azərbaycan xalqına başsağlığı, yaralılarımıza şəfalar diləyirəm. Atatürkün sözləti ilə ifadə etsək ‘Azərbaycanın sevinci sevincimizdir, kədəri kədərimizdir’.” – deyə o qeyd edib.