Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Pakistan Səudiyyə Ərəbistanı Regional Təhlükəsizlik Məkkə Sazişi Müdafiə sazişi Terrorizmlə mübarizə

Səudiyyə Ərəbistanı və Pakistanla müdafiə sazişi heç bir ölkəyə qarşı yönəlməyib - Rəcəb Tayyib Ərdoğan

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu gün Səudiyyə Ərəbistanı və Pakistanla imzalanan müdafiə sazişi heç bir ölkəni hədəf almır və regionda sülh, rifah və sabitliyi dəstəkləyən digər dost dövlətlərin də iştirakına açıqdır.

TurkicWorld xəbər verir ki, Ərdoğan bu barədə Türkiyənin NSosyal sosial media platformasında paylaşım edib.

Prezident qeyd edib ki, saziş kollektiv çəkindirmə prinsipinə əsaslanır və üç ölkə arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı daha da gücləndirəcək.

Onun sözlərinə görə, sənəd birgə müdafiə sənayesi layihələrinin həyata keçirilməsinə və hərbi-texniki əməkdaşlığın inkişafına da töhfə verəcək.

Ərdoğan əlavə edib ki, razılaşma terrorizmlə mübarizə sahəsində koordinasiyanın genişləndirilməsini də nəzərdə tutur.

Türkiyə lideri vurğulayıb ki, sazişin məqsədi regionda sülhün, rifahın və sabitliyin möhkəmləndirilməsidir.

Son günlər həm Türkiyə, həm də Səudiyyə Ərəbistanı rəsmiləri yeni üçtərəfli müdafiə sazişinin hərbi blok yaratmaq məqsədi daşımadığını və heç bir ölkəyə qarşı yönəlmədiyini dəfələrlə bəyan ediblər.

Mövzuya görə xəbərlər