Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Pakistan Səudiyyə Ərəbistanı Məhəmməd bin Salman Məhəmməd Şahbaz Şərif

Məkkə razılaşması imzalandı: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan birgə müdafiə öhdəliyi götürdü

BAKI,TurkicWorld Orxan Qədirzadə

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişi üç ölkənin təhlükəsizlik əməkdaşlığında yeni mərhələnin əsasını qoyur. Sazişə əsasən, tərəflərdən hər hansı birinə qarşı həyata keçirilən silahlı hücum bütün üzv dövlətlərə qarşı hücum kimi qiymətləndiriləcək.

Ərəb mediasının yaydığı məlumata görə, saziş bu gün Səudiyyə Ərəbistanının Məkkə şəhərində imzalanıb.

Razılaşma kollektiv müdafiə prinsipinə əsaslanır və üzv ölkələrdən birinin təhlükəsizliyinə yönələn silahlı təhdidə qarşı ortaq mövqe nümayiş etdirilməsini nəzərdə tutur.

Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan bu gün işgüzar səfərlə Səudiyyə Ərəbistanına gedib. Səfər çərçivəsində Ankara, Riyad və İslamabad arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi əsas gündəm mövzularından biri olub.

Məkkə Birgə Müdafiə Sazişinin regional təhlükəsizlik, hərbi əməkdaşlıq və strateji koordinasiya sahəsində üç ölkə arasında münasibətləri daha da dərinləşdirəcəyi gözlənilir.

Mövzuya görə xəbərlər