Son dəqiqə

Türkiyə ABŞ Rəcəb Tayyib Ərdoğan Ankara Donald Tramp Vaşinqton

CAATSA sanksiyalarının ləğvi Türkiyə üçün nəyi dəyişəcək?

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirəcəyi görüş zamanı CAATSA çərçivəsində Türkiyəyə tətbiq olunan sanksiyaların ləğv ediləcəyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, Tramp jurnalistlərin CAATSA çərçivəsində Türkiyəyə tətbiq edilən sanksiyalarla bağlı sualını cavablandırarkən bu məhdudiyyətlərin aradan qaldırılacağını bildirib. ABŞ Prezidenti "Sanksiyaları ləğv edəcəyik" deyərək bu məsələnin Ərdoğanla görüş zamanı müzakirə olunacağını qeyd edib.

ABŞ 2020-ci ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri aldığına görə Türkiyəyə qarşı CAATSA çərçivəsində sanksiyalar tətbiq etmişdi. Həmin qərarla yanaşı, Ankara F-35 qırıcılarının istehsalı və tədarükü proqramından da çıxarılmışdı.

Türkiyə isə həmin qərarı ədalətsiz və qanunsuz adlandıraraq, ABŞ-ın tətbiq etdiyi sanksiyalara etiraz etmişdi. Trampın son açıqlaması Vaşinqton və Ankara arasında müdafiə sahəsində münasibətlərin normallaşması istiqamətində yeni mərhələnin başlaya biləcəyinə dair gözləntiləri artırıb.

Mövzuya görə xəbərlər