Son dəqiqə

Türkiyə ABŞ Ankara Donald Tramp Vaşinqton Müdafiə əməkdaşlığı hərbi aviasiya

ABŞ ilə Türkiyə arasında çox yaxşı münasibətlər var - Tramp

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə F-35 qırıcılarının mümkün satışı ilə bağlı qərarın hələ müzakirə mərhələsində olduğunu bildirib və Vaşinqtonla Ankara arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb.

TurkicWorld xəbər verir ki, Donald Tramp jurnalistlərin Türkiyəyə F-35 qırıcılarının satışı ilə bağlı sualını cavablandırarkən bunun gələcəkdə veriləcək qərarlardan biri olduğunu deyib. O, ABŞ ilə Türkiyə arasında çox yaxşı münasibətlərin mövcud olduğunu bildirərək Ankaranı etibarlı tərəfdaş kimi qiymətləndirib.

ABŞ Prezidenti qeyd edib ki, bir çox insan Türkiyəyə F-35 qırıcılarının niyə satılmaması ilə bağlı suallar verir. Tramp Türkiyənin uzun illər ərzində sadiq müttəfiq olduğunu vurğulayıb və bu məsələnin gələcək qərarlar çərçivəsində nəzərdən keçiriləcəyini bildirib.

Onun açıqlaması Vaşinqton və Ankara arasında müdafiə sahəsində əməkdaşlığın gələcək perspektivləri ilə bağlı müzakirələrin davam etdiyi bir vaxta təsadüf edir.

Mövzuya görə xəbərlər