Son dəqiqə

Bakı Türkiyədən Avropa Parlamentinə sərt cavab: Qərəzli qərarları rədd edirik Türkiyə XİN: Avropa Parlamentinin ittihamları əsassızdır Ankara Aİ-ni daxili işlərə müdaxilədən çəkinməyə çağırdı Türkiyə və Avropa Parlamenti arasında yeni gərginlik Suriya və din azadlığı məsələsi: Türkiyənin rəsmi mövqeyi

Türkiyə XİN Avropa Parlamentinin qərarlarına sərt etiraz bildirib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Türkiyə Xarici İşlər Nazirliyi Avropa Parlamentinin fevralın 12-də qəbul etdiyi və ölkəyə qarşı əsassız ittihamların yer aldığı bir sıra qərarları tamamilə rədd etdiyini bəyan edib.

TurkicWorld xəbər verir ki, nazirliyin rəsmi bəyanatında bu sənədlərin qərəzli olduğu və Türkiyənin regiondakı sabitləşdirici roluna kölgə saldığı vurğulanıb.

Türkiyə tərəfi Suriyanın şimal-şərqindəki vəziyyətlə bağlı qətnamənin rəsmi Ankaranın normallaşma prosesindəki səylərini görməzdən gəldiyini diqqətə çatdırıb. Nazirlik Avropa Parlamentini reallıqları və Suriya xalqının gözləntilərini anlamaq üçün daha çox səy göstərməyə, yanlış və qərəzli qərarlar qəbul etməkdən çəkinməyə çağırıb.

Bəyanatda həmçinin xarici jurnalistlərin və xristianların Türkiyədən guya "məqsədli şəkildə deportasiya edilməsi" ilə bağlı iddialara da toxunulub. Xarici İşlər Nazirliyi ifadə və din azadlığının pozulması barədə ittihamların həqiqəti əks etdirmədiyini qətiyyətlə bildirib. Vurgulanıb ki, Avropa Parlamenti də daxil olmaqla heç bir xarici struktur Türkiyədə həyata keçirilən məhkəmə proseslərinə müdaxilə etmək hüququna malik deyil.

Ankara hesab edir ki, bu cür qərarlar Türkiyə-Aİ münasibətlərinin inkişafı istiqamətindəki səylərə ziddir. Türkiyə diplomatiyası Avropa Parlamentini ölkənin daxili işlərinə müdaxilə cəhdlərindən əl çəkməyə və ikitərəfli əlaqələrin möhkəmləndirilməsi üçün konstruktiv addımlar atmağa səsləyib.

Mövzuya görə xəbərlər