Son dəqiqə

Türkiyə XİN Ukraynanın Çornomorsk limanına hücumu ilə bağlı açıqlama verib Çornomorsk limanına hücum Qara dənizdə təhlükəsizlik narahatlıqlarını artırıb Türkiyə: Qara dənizdə naviqasiya təhlükəsizliyi risk altındadır МИД Турции выступил с заявлением по поводу атаки на порт Черноморск Анкара предупредила об угрозе безопасности судоходства в Чёрном море Атака на Черноморск усилила обеспокоенность Турции Turkish Foreign Ministry issues statement on attack on Chornomorsk port Turkey warns over maritime security risks in the Black Sea

Türkiyə XİN Ukraynanın Çornomorsk limanına hücumla bağlı açıqlama yayıb

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Türkiyənin Xarici İşlər Nazirliyi Ukraynanın Çornomorsk limanına endirilən hücumla bağlı açıqlama verərək, hadisənin müharibənin Qara dəniz akvatoriyasına yayılması ilə bağlı narahatlıqların əsaslı olduğunu göstərdiyini bildirib.

TurkicWorld xəbər verir ki, Nazirliyin yazılı bəyanatında qeyd olunub ki, bu gün Çornomorsk limanına edilən hücum zamanı Türkiyə şirkətinə məxsus, xarici bayraq altında üzən bir gəmi zərər görüb. Açıqlamada vurğulanıb ki, bölgədə davam edən müharibənin Qara dəniz məkanına keçməsi dəniz təhlükəsizliyi və naviqasiya azadlığı baxımından daha əvvəl səsləndirilən narahatlıqları təsdiqləyir.

İlkin məlumatlara əsasən, gəmidə olan heyət üzvləri və yük avtomobili sürücüləri təxliyə edilib, hücum nəticəsində Türkiyə vətəndaşları arasında xəsarət alan olmayıb. Bildirilib ki, Türkiyənin Odesadakı Baş Konsulluğu vəziyyəti yaxından izləyir və zəruri dəstək göstərilir.

Nazirlik bəyanatında Rusiya-Ukrayna müharibəsinin təcili şəkildə dayandırılmasının vacibliyi bir daha vurğulanıb. Eyni zamanda Qara dənizdə eskalasiyanın qarşısını almaq məqsədilə naviqasiya təhlükəsizliyinin təmin olunması, eləcə də enerji və liman infrastrukturlarını hədəf alan hücumların dayandırılması üçün müvafiq razılaşmanın zəruriliyi xatırladılıb.