Son dəqiqə

Yunanıstan Lüksemburq Hakan Fidan Türkiyə XİN Türkiyə-Yunanıstan münasibətləri Avropa İttifaqı (Aİ) Xarici Əlaqələr Şurası Yorgos Gerapetritis

Türkiyə və Yunanıstan arasında ikitərəfli məsələlər müzakirə edilib

Bakı. TurkicWorld

Türkiyə və Yunanıstan Xarici işlər nazirləri arasında ikitərəfli məsələlər müzakirə edilib.

TurkicWorld xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Lüksemburqda keçirilən Avropa İttifaqı (Aİ) Xarici Əlaqələr Şurası çərçivəsində Yunanıstanın xarici işlər naziri Yorgos Gerapetritis ilə görüşüb.

Nazirliyin sosial media hesabında yayılan açıqlamaya görə, Fidan və Gerapetritis “Bölgələrarası Təhlükəsizlik” mövzusunda keçirilən nazirlər toplantısı zamanı bir araya gəliblər.

Görüşdə ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.

Mövzuya görə xəbərlər