Son dəqiqə

Türkiyə İstanbul yol qəzası 2025 Türkiyə nəqliyyat qəzaları Yol qəzaları və ölümlər statistikası Avtomobil qəzası statistika Türkiyə Türkiyə yol qəzaları 2025

İstanbulda zəncirvari qəza olub

BAKI,TurkicWorld, Fərid Mikayılov

Eyüpsultan rayonunda, TEM magistralının 5-ci Levent ərazisində 17 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

TurkicWorld xəbər verir ki, hadisə nəticəsində bir nəfərin yüngül xəsarət aldığı bildirilib.

Qəza səbəbindən magistralın həm Edirnə, həm də Ankara istiqamətlərində ciddi tıxaclar yaranıb.

Rəsmi məlumatlara görə, toqquşmada iştirak edən bütün nəqliyyat vasitələri müxtəlif dərəcədə ziyan görüb.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub, magistralda hərəkətin bərpası üçün işlər davam etdirilir.

Mövzuya görə xəbərlər