Son dəqiqə

Türkiyə İsveç Gürcüstan Yaponiya Monteneqro Türkiyə Daxili İşlər Nazirliyi Ali Yerlikaya Siberağ əməliyyatları

Türkiyədə geniş əməliyyat: 100-ə yaxın şəxs həbs olunub

BAKI, TurkicWorld, Səməd Əyyubov

Türkiyədə Daxili İşlər Nazirliyinin koordinasiyası ilə uşaq istismarı, qanunsuz mərc, ixtisaslaşdırılmış dələduzluq və oğurluq kimi cinayətlərə qarşı 44 şəhərdə keçirilən əməliyyatlar keçirilib.

TurkicWorld-un məlumatına görə, əməliyyatlar çərçivəsində 214 nəfər saxlanılıb, onlardan 99-u həbs edilib.

Bundan əvvəl, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirmişdi ki, Gürcüstan, Monteneqro, İsveç və Yaponiya hüquq-mühafizə orqanları ilə birgə keçirilən əməliyyatlar çərçivəsində qırmızı bülletenlə beynəlxalq axtarışda olan altı, milli axtarışda olan beş şəxs tutulub və ölkəyə ekstradisiya edilib.

Mövzuya görə xəbərlər