Son dəqiqə

AFAD zəlzələ Egey Türkiyədə zəlzələ 2025

Egey dənizində 4,8 bal gücündə zəlzələ baş verib

BAKI, TurkicWorld

Egey dənizində 4,8 bal gücündə zəlzələ qeydə alınıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat verib.

Məlumata əsasən, zəlzələ yerin 11,38 kilometr dərinliyində baş verib. Hər hansı bir dağıntı və ya insan tələfatı qeydə alınmayıb.

Rəsmilər vəziyyətin nəzarət altında olduğunu və zəlzələnin bölgədə ciddi təsir yaratmadığını bildiriblər.

Mövzuya görə xəbərlər