Son dəqiqə

Türkiyə Xarici İşlər Nazirliyi Malayziya Kuala-Lumpur Hakan Fidan İkitərəfli tariflər İkitərəfli görüşlər ASEAN

Hakan Fidan Kuala Lumpurda regional diplomatiyanı gücləndirir

BAKI, TurkicWorld

Nazir Fidan ASEAN çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.

TurkicWorld xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Malayziyanın paytaxtı Kuala Lumpurda keçirilən ASEAN-ın 58-ci Xarici İşlər Nazirləri Toplantısında iştirak çərçivəsində bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb.

Türkiyə Xarici İşlər Nazirliyinin X sosial media platformasında verdiyi məlumata görə, Fidan Malayziya, Bruney, Sinqapur, Papua Yeni Qvineya və Laosun xarici işlər nazirləri ilə ayrı-ayrılıqda müzakirələr aparıb. Görüşlərdə qarşılıqlı münasibətlər, regional əməkdaşlıq və beynəlxalq gündəmdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparıldığı bildirilib.

Qeyd edək ki, Hakan Fidan dünən Avstraliyanın xarici işlər naziri Penni Vonq ilə də görüş keçirib.

Mövzuya görə xəbərlər