Son dəqiqə

Türkiyə CHP Türkiyə Daxili İşlər Nazirliyi

Türkiyənin Manavqat şəhərinin bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb

BAKI, TurkicWorld

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü, Manavqat şəhərinin bələdiyyə sədri Niyazi Nefi Kara müvəqqəti tədbir olaraq vəzifəsindən uzaqlaşdırılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında deyilir:

“Manavqat Bələdiyyə sədri Niyazi Nefi Kara, haqqında ‘zor tətbiq etməklə rüşvət alma’, ‘rüşvət alma və mənimsəmə’ ittihamları ilə başlanan istintaq çərçivəsində Manavqat 1-ci Sülh Cinayət Hakimliyinin 08.07.2025 tarixli və 2025/252 nömrəli qərarı ilə həbs olunması səbəbilə,

Konstitusiyanın 127-ci maddəsi və 5 393 saylı Bələdiyyə Qanununun 47-ci maddəsinə əsasən, Daxili İşlər Nazirliyi tərəfindən müvəqqəti tədbir olaraq vəzifəsindən uzaqlaşdırılmışdır.”

Mövzuya görə xəbərlər