BAKI, TurkicWorld
Türkiyənin İzmir vilayətində baş verən yanğın nəticəsində bir nəfər ölüb.
TurkicWorld xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.
Məlumata görə, İzmirin Ödemiş rayonunda baş verən yanğınla bağlı araşdırmalar nəticəsində, meşədəki yanğına müdaxilə edən 80 yaşlı kişinin cəsədi tapılıb. Meyit morga aparılıb.
Qeyd edək ki, Türkiyənin bir çox vilayətində yanğınlar davam edir. Yanğına müdaxilə həm havadan, həm də qurudan davam edir.







