Son dəqiqə

Türkiyə Antalya AFAD zəlzələ Aralıq dənizi Türkiyədə zəlzələ 2025

Antalya şəhərində zəlzələ baş verib

BAKI, TurkicWorld

Aralıq dənizində, Türkiyənin Antalya şəhərinin Qazipaşa rayonunun açıqlarında 4 bal gücündə zəlzələ qeydə alınıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat verib.

Məlumata əsasən, zəlzələ yerin 67,26 kilometr dərinliyində baş verib. Hər hansı bir dağıntı və ya insan tələfatı qeydə alınmayıb.

Rəsmilər vəziyyətin nəzarət altında olduğunu və zəlzələnin bölgədə ciddi təsir yaratmadığını bildiriblər.

Mövzuya görə xəbərlər