BAKI, TurkicWorld
Hakan Fidan Rusiyada bu gün Putin, sabah isə Lavrovla görüşəcək.
TurkicWorld xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın bu gün Rusiya prezidenti Vladimir Putinlə, sabah isə rusiyalı həmkarı Sergey Lavrovla görüşü planlaşdırılıb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir Fidan Rusiya paytaxtı Moskvada səfərdədir. Bu səfər çərçivəsində o, bu gün prezident Vladimir Putinlə görüşəcək. Görüşdə ikitərəfli münasibətlər və regional məsələlərin müzakirə olunacağı gözlənilir.
Fidan həmçinin Rusiya prezidentinin müşaviri Vladimir Medinski və Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinlə də ayrı-ayrılıqda görüşlər keçirəcək.
Bundan əlavə, nazir Hakan Fidan Rusiya-Türkiyə İş Adamları Assosiasiyasının İdarə Heyətinin üzvləri ilə də bir araya gələcək.
Qeyd edək ki, Fidanın Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü sabah baş tutacaq. Bu görüşdə daha geniş siyasi və diplomatik gündəliyin müzakirə olunması gözlənilir.







