Son dəqiqə

Azərbaycan Türkiyə Qazaxıstan Özbəkistan Rəcəb Tayyib Ərdoğan Qırğızıstan Macarıstan Türk Dövlətləri Təşkilatı (TDT) Macarıstanın TDT toplantısında iştirakı

Ərdoğan Türk Dövlətləri Təşkilatının sammiti üçün Budapeştə gedir

BAKI,TurkicWorld

20–21 may tarixlərində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitində iştirak etmək üçün Macarıstana səfər edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə "Resmi Gazate" məlumat verib.

Xatırladaq ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi sammiti 2025-ci il mayın 20–21-də Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək.

Sammit Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə təşkil olunur. Toplantıda TDT-yə üzv ölkələrin prezidentləri, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan rəhbərlikləri iştirak edəcək.

Eyni zamanda, sammitdə təşkilata müşahidəçi statusu ilə qoşulan ölkələrin nümayəndələri və TDT-nin Baş katibi də iştirak edəcəklər.

Qeyd edək ki, bu, Türk Dövlətləri Təşkilatının tarixində ilk dəfədir ki, qeyri-rəsmi sammit müşahidəçi ölkənin ərazisində keçirilir.

Mövzuya görə xəbərlər