Türkiyə Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB)

Əkrəm İmamoğlu barədə yeni istintaq başladılıb

BAKI, TurkicWorld

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində həbs olunaraq vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlu barəsində, "ictimai vəzifəli şəxsə təhqir" ittihamı ilə yeni bir istintaq başladılıb.

TurkicWorld-un məlumatına görə, yeni açılan istintaq çərçivəsində İmamoğlunun ifadəsi alınıb. İstanbul Respublika Baş Prokurorluğunun Mətbuat Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan istintaq prosesi çərçivəsində İmamoğlunun ifadəsi, saxlanıldığı Mərmərə Qapalı Cəza İcra Müəssisəsindən SEGBİS (Səs və Görüntü İnformasiya Sistemi) vasitəsilə qəbul edilib.

Əldə edilən məlumata görə, İmamoğlunun daha əvvəl "silahlı terror təşkilatına yardım" ittihamı ilə verdiyi ifadədə məhkəmə orqanlarına qarşı təhqir xarakterli ifadələr işlətməsi səbəbilə yeni istintaq başladılıb.

Qeyd edək ki, martın 23-də Türkiyə məhkəməsi Əkrəm İmamoğlu barəsində həbs qərarı çıxarıb. O, korrupsiya və digər maddələrlə ittiham olunur.

Mövzuya görə xəbərlər