Bakı, TurkicWorld
Gedişatı yaxından izləyirik. Vətəndaşlarımıza keçmiş olsun diləklərimi bildirirəm
TurkicWorld xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda ard-arda baş verən zəlzələlərlə bağlı açıqlama verib.
İstanbul və ətraf vilayətlərdə 6,2 bal gücündə zəlzələ baş verib.
Qeyd edək ki, Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat verib.
Məlumata əsasən, zəlzələ yerin 6,92 kilometr dərinliyində baş verib.
Hal hazırda dağıntı və tələfatla əlaqəli bir məlumat verilməyib.







