Son dəqiqə

Türkiyə İstanbul Ankara İzmir FETÖ Türkiyə Silah Qüvvələri

Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib

BAKI,TurkicWorld

Türkiyədə Fətullahçı Terror Təşkilatının (FETÖ) Silahlı Qüvvələr daxilindəki gizli strukturlarına qarşı aparılan əməliyyat nəticəsində 10 nəfər saxlanılıb.

TurkicWorld-ün əldə etdiyi məlumata görə, İzmir Baş Prokurorluğunun Terror Cinayətlərinin İstintaq Bürosu tərəfindən aparılan araşdırmalar zamanı FETÖ-nün Türkiyə Silahlı Qüvvələri daxilində gizli şəkildə fəaliyyət göstərən üzvləri müəyyən edilib.

Onların bir vaxtlar FETÖ ilə bağlılığı səbəbilə qanunvericilik fərmanı ilə bağlanmış hərbi məktəblərdən uzaqlaşdırıldıqları qeyd olunur.

İzmir mərkəz olmaqla Ankara, İstanbul, Kocaeli və Antalya vilayətlərində keçirilən birgə əməliyyatla 10 şübhəli saxlanılıb.

Hazırda saxlanılan şəxslərin polis idarəsində istintaq və ifadəvermə prosesləri davam edir.

Mövzuya görə xəbərlər