Son dəqiqə

Türkiyə Fələstin İstanbul Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara Fələstin Dostu Parlament Sədrləri Toplantısı 3-cü Beynəlxalq Yeditəpə Biennalesi

Ərdoğan Fələstin tərəfdarı parlament sədrləri ilə İstanbulda görüşəcək

BAKI,TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin dostu parlament rəhbərləri ilə görüşəcək.

TurkicWorld xəbər verir ki, Prezident Ərdoğan bu gün İstanbulda “Fələstin Dostu Parlament Sədrləri Toplantısı”nda iştirak edəcək.

Görüş, Türkiyə Böyük Millət Məclisinin təşəbbüsü ilə təşkil olunub və tədbirdə 13 ölkənin parlament spikerləri və deputatları iştirak edəcək.

Ərdoğanın gün ərzində ikinci mühüm proqramı isə 3-cü Beynəlxalq Yeditəpə Biennalesinə qatılmaq olacaq. Klassik Türk Sənətləri sahəsində dünyanın ilk nümunələrindən olan bu biennale müxtəlif ölkələrdən sənətçiləri bir araya gətirir.

Qeyd edək ki, Ərdoğan Ankaradakı rəsmi proqramlarını başa vurduqdan sonra İstanbula səfər edib və bu gün iki beynəlxalq səviyyəli tədbirdə iştirak edəcək.

Mövzuya görə xəbərlər