Türkiyə dövlət büdcəsi TBMM Türkiyənin Enerji və Təbii sərvətlər nazirliyi Alparslan Bayraktar

Elektrik qiymətlərində yeni artım planımız yoxdur - Bayraktar

BAKI, TurkicWorld

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar elektrik tariflərinə yeni artım gözlənilmədiyini bildirib.

TurkicWorld xəbər verir ki, AK Partiyanın TBMM-dəki qrup toplantısından əvvəl jurnalistlərin suallarını cavablandıran nazir Bayraktar, dövlətin hazırda elektrik enerjisi xərclərinin 50 faizini qarşılamağa davam etdiyini qeyd edib.

“Bizim yeni qiymət artımı planımız yoxdur. Bunu dəstək büdcəsi vasitəsilə təmin edəcəyik,” – deyə o bildirib.

Nazir, beynəlxalq enerji qiymətlərindəki azalma fonunda yerli qiymətlərin artması ilə bağlı tənqidlərə də cavab verərək, dövlətin uzun müddətdir vətəndaşlara ucuz elektrik təqdim etdiyini xatırladıb. “Əvvəllər xərclərin 60 faizini dövlət qarşılayırdı. İndi isə bu rəqəm 50 faizdir. Xərclər hələ də tam şəkildə qiymətlərə əks olunmayıb” - deyə qeyd edib.

Qeyd edək ki, Bayraktar, dəstəyin xüsusilə aztəminatlı və sabit gəlirli vətəndaşlara yönəldiləcəyini vurğulayıb.

Mövzuya görə xəbərlər