Son dəqiqə

Türkiyə ABŞ Vaşinqton Hakan Fidan

Fidan ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Vilsonu qəbul edib

BAKI, TurkicWorld

Türkiyənin Xarici işlər naziri Hakan Fidan Vaşinqtonda ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Co Vilsonu qəbul edib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, nazir Fidan, ABŞ-a səfəri çərçivəsində Vilsonu Türkiyənin Vaşinqtondakı səfirliyində qəbul edib.

Görüş, Nümayəndələr Palatasının Xarici Əlaqələr və Silahlı Qüvvələr Komitəsinin üzvü, eyni zamanda ABŞ Konqresinin ABŞ-Türkiyə Əlaqələri və Türk Amerikalılar Qrupunun həmsədri olan Co Vilson ilə baş tutub. Görüşün detallarına dair nazirlik X sosial media hesabında məlumat yayıb.

Qeyd edək ki, bu görüşün ABŞ-Türkiyə əlaqələrinin daha da inkişafı üçün əhəmiyyətli olduğu vurğulanır

Mövzuya görə xəbərlər