Son dəqiqə

PKK Suriya YPG Hələb

PKK/YPG terror təşkilatı Hələbdə 5 nəfəri qaçırıb

BAKI,TurkicWorld

PKK/YPG terror təşkilatı Hələbdə 5 nəfəri qaçırıb və onların taleyi hələlik məlum deyil.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, terror təşkilatı PKK/YPG, Suriyanın Hələb vilayətində işğal etdiyi Şeyx Maksut və Əşrəfiyyə məhəllələri yaxınlığında həyata keçirdiyi hücumda 5 nəfəri qaçırıb.

Yerli mənbələrdən əldə edilən məlumatlara görə, terrorçular, Leyramun qovşağı ətrafında həyata keçirdikləri sızma hücumunda 5 nəfəri saxlayıb və işğal etdikləri ərazilərə geri çəkiliblər. Qaçırılan şəxslərin taleyi ilə bağlı hələlik heç bir məlumat verilməyib.

Qeyd edək ki, PKK/YPG terror təşkilatı Hələb şəhər mərkəzinin şimalında yerləşən Şeyx Maksut və Əşrəfiyyə məhəllələrinin işğalını davam etdirir.

Mövzuya görə xəbərlər