Son dəqiqə

ROKETSAN Meteksan ULAQ ARES Gəmiqayırma Zavodu Meteksan Müdafiə şirkəti

ULAQ SİDA-lar Dəniz Müdafiəsinə Güc Qatacaq

BAKI,TurkicWorld

Lazer yönləndirməli raket sistemi və sualtı döyüş qabiliyyəti ilə təchiz edilən "ULAQ 12 ASuW Suüstü Döyüş Gəmisi" və "ULAQ KAMA Sarf Edilə Bilən Pilotsuz Dəniz Vasitəsi" bu il Türkiyə Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcək.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, ARES Gəmiqayırma Zavodu və Meteksan Müdafiə şirkəti tərəfindən Antalya Sərbəst Zonasında hazırlanan silahlı pilotsuz dəniz vasitəsi (SİDA) ULAQ layihəsi çərçivəsində yeni modellər üzə çıxır.

Bu çərçivədə sualtı müdafiə müharibəsi üçün hazırlanan və 12,7 mm-lik uzaqdan idarə olunan silah stansiyası, həmçinin ROKETSAN-ın lazer yönləndirməli raketləri atmağa qadir olan Taktik Raket Nəzarət Sistemi ilə təchiz edilmiş "ULAQ 12 ASuW" botu tamamlandı.

İlkin sınaqlardan uğurla keçən 12 metrlik bu bot, ikinci sınaq mərhələsindən sonra ilin ilk rübündə Türk Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcək.

ULAQ ailəsinin diqqətçəkən digər bir modeli isə "ULAQ KAMA Sarf Edilə Bilən Pilotsuz Dəniz Vasitəsi" olub. ARES Gəmiqayırma Zavodu və Meteksan Müdafiə şirkətlərinin birgə əməkdaşlığı ilə hazırlanan bu botun partlayıcı sursatı Türkiyənin Makina və Kimya Sənayesi Qurumu (MKE) tərəfindən dizayn edilib.

Mövzuya görə xəbərlər