Son dəqiqə

Türkiyə Ali Yerlikaya

Qırmızı bülletenlə axtarılan iki cinayətkar Türkiyəyə gətirilib

BAKI, TurkicWorld

Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya, qırmızı bülletenlə axtarılan mütəşəkkil cinayət təşkilatının yüksək səviyyəli liderlərindən Sinan Meminin Polşadan, narkotik alverçisi Atakan Avcının isə Bolqarıstandan Türkiyəyə gətirildiyini açıqlayıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Nazir Yerlikaya sosial media hesabında “Türk polisindən qaça bilməzsiniz” qeydi ilə paylaşım edərək, cinayətkarların harada olmasından asılı olmayaraq ədalət qarşısına çıxarılacaqlarını bildirib.

Nazirlikdən verilən məlumata görə, Sinan Memi və Atakan Avcı Polşa və Bolqarıstan hüquq-mühafizə orqanlarının əməkdaşlığı ilə saxlanılıb və məhkəmə orqanlarına təhvil verilmək üçün Ankaraya gətirilib. Əməliyyat Türkiyə Jandarma Baş Komandanlığı Aviasiya İdarəsi, Təhlükəsizlik Baş İdarəsi (EGM) Aviasiya İdarəsi və Xüsusi Əməliyyatlar İdarəsinin koordinasiyası ilə həyata keçirilib.

Sinan Memi 10 ayrı cinayət, o cümlədən qəsdən adam öldürmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi və terror təşkilatının təbliğatına görə 20 il müddətinə milli, 3 il müddətinə beynəlxalq axtarışda olub. Atakan Avcı isə narkotik və stimullaşdırıcı maddələrin idxalı ittihamı ilə 30 il həbs cəzası alıb və 1 ildir beynəlxalq axtarışda idi.

Nazir Yerlikaya, əməliyyatın uğurla keçirilməsinə görə Türkiyənin Ədliyyə və Xarici İşlər Nazirliklərinə, Interpol-Avropol Departamentinə, KOM, Narkotik Cinayətlərlə Mübarizə və Kəşfiyyat Başkanlığına və İstanbul İl Polis Müdirliyinə təşəkkür edib.

Mövzuya görə xəbərlər