BAKI, TurkicWorld
PKK terror təşkilatı ləğv olunaraq silahları yerə qoymalıdır.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bunu İmralıya Abdullah Öcalanla görüşməyə gedən DEM partiya üzvləri canlı yayımda səsləndirib.
Öcalanın mesajı ilk öncə partiya üzvləri tərəfindən kürt dilində daha sonra türk dilində səsləndirilib.
"Silahları yerə qoyma çağırısı edirəm, bu tarixi çağırının məsuliyyətini öz üzərimə götürürəm.Bütün qruplar silahı yerə qoymalı və PKK özünü buraxmalıdır ",- deyə Öcalanın mesajında qeyd olunub
Qeyd edək ki, Türkiyə hökuməti ilə PKK arasında uzun müddətdir davam edən münaqişənin həlli istiqamətində yeni bir sülh prosesinin başlanğıcı ola bilər.
Xatırladaq ki, PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.







