Bakı, TurkicWorld
9-cu Milli Antarktika Elm Səfəri, Prezidentliyin himayəsi, Sənaye və Texnologiya Nazirliyinin rəhbərliyi və TÜBİTAK MAM Qütb Araşdırmaları İnstitutunun koordinasiyası ilə davam edir.
TurkicWorld xəbər verir ki, türk alimləri Horseshoe adasına gələrək buradakı Türk Elmi Araşdırma Düşərgəsində işə başladılar.
Alimləri daşıyan Çili bayraqlı Betanzos gəmisi, King George adasından yola çıxaraq təxminən 5 gün sonra Listad körfəzi sahillərində lövbər saldı. Komanda güclü fırtına və qar yağışı şəraitində botlarla düşərgəyə çatdı. 20 nəfərlik elmi heyət, Türk bayrağını qaldıraraq İstiqlal Marşını oxudu.
Səfər rəhbəri Prof. Dr. Hasan Hakan Yavaşoğlu açıqlama verdi:
“Horseshoe adasında hər il işə İstiqlal Marşımızı oxuyub bayrağımızı qaldıraraq başlayırıq. Bu il də düşərgəmizi açıb marşımızı oxuduq, bayrağımızı göndərə çəkdik.”
Bu il adada və dənizdə ümumilikdə 19 layihə icra ediləcəyini bildirən Yavaşoğlu dedi:
“20 nəfərlik qrupda 16 türk, 4 xarici alim var. Əsas araşdırma sahələrimiz:
- Antarktikanın iqlim dəyişiklikləri
- Yer elmləri və tektonik proseslər
- İzostatik dəyişikliklər və deformasiyalar
- Canlıların tədqiqi və yeni növlərin qeydə alınması”
Texniki avadanlıqlar və stansiyalar:
- Meteoroloji stansiyalar
- GNSS stansiyaları
- Qlobal günəş şüalanma ölçü cihazları
Bu avadanlıqlar, bölgənin iqlim və geoloji parametrlərini ölçərək gələcək tədqiqatlara baza yaradacaq.
Seyir Hidrografiya Oşinografiya İdarəsi dəniz xəritələri hazırlamağa davam edir. Bu il adanın hər tərəfinə yayılan müxtəlif layihələr həyata keçiriləcək.
Qeyd edək ki, AFAD ilk dəfə Antarktika elm səfərində iştirak edib.
“Antarktikanın Horseshoe adasında seysmik fəaliyyətləri müşahidə etmək məqsədilə AFAD-ın ilk müvəqqəti zəlzələ müşahidə stansiyasını quraşdırdıq. Bölgənin ümumi geologiyası əvvəl araşdırılıb, lakin seysmik müşahidələrdə cihaz çatışmazlığı var idi. Əldə etdiyimiz cihaz tektonik aktivliyi izləyəcək. Gələcək illərdə daha həssas cihazlarla müşahidəni davam etdirməyi planlaşdırırıq”, - deyə Geologiya mühəndisi Turgay Kuru bildirib.







