Bakı,TurkicWorld
Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya, Antalya mərkəzli 31 şəhərdə eyni vaxtda keçirilən "Kıskaç-40" əməliyyatı nəticəsində 353 şübhəlinin tutulduğunu açıqlayıb.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, nazir Yerlikaya sosial media hesabından verdiyi açıqlamada FETÖ-nün hazırkı strukturu və terrorizmin maliyyələşdirilməsi ilə bağlı genişmiqyaslı araşdırmalar aparıldığını bildirib.
Antalya Respublika Baş Prokurorluğu, digər vilayətlərin Baş Prokurorluqları və təhlükəsizlik qüvvələri əməliyyatın həyata keçirilməsində yaxından iştirak ediblər.
Şübhəlilər təşkilati fəaliyyətlərdə iştirakda və FETÖ-yə maliyyə dəstəyi göstərməkdə ittiham olunurlar. Terror təşkilatına bağlı şirkətlərdən qanunsuz pul köçürmələri, "Referans Əsaslı Böyümə" adı altında gizli iqtisadi şəbəkənin yaradılması, xaricdən maliyyələşmənin təmin edilməsi aşkarlanıb.
MASAK-ın apardığı araşdırmalarda maliyyə axınının "məhsul alımı" adı altında gizlədildiyi və təşkilata yönləndirildiyi müəyyən edilib.
Türkiyə hökuməti terror təşkilatlarına və onların maliyyə mənbələrinə qarşı mübarizəni qətiyyətlə davam etdirəcəyini bəyan edib. Nazir Yerlikaya əməliyyata rəhbərlik edən Antalya Respublika Baş Prokurorluğu, MİT, MASAK və polis qüvvələrinə təşəkkür edib.
Antalya merkezli 31 ilde FETÖ'ye yönelik eş zamanlı düzenlenen “KISKAÇ-40” operasyonlarında; bir döner restoran zinciri üzerinden FETÖ’ye finansman sağladığı belirlenen aralarında kamu personelinin de (10 şüpheli) bulunduğu 353 şüpheli yakalandı.
— Ali Yerlikaya (@AliYerlikaya) February 21, 2025
FETÖ elebaşının ölümünden… pic.twitter.com/TATykRO3KR







