Bakı, TurkicWorld
ASELSAN-ın, GÖKTAN raketi ilk atışını uğurla həyata keçirdi.
TurkicWorld xəbər verir ki, TOLUN sursatının raket mühərrikli versiyası olan bu raket, uzun mənzilə malikdir.
Əldə edilən məlumata görə, GÖKTAN raketinin ilk atış sınağında komanda-kontrol, atış kontrol proqram təminatı və avadanlıqları ilə missiya planlaşdırma elementləri test edilib. DeltaV raketi ilə yüksəklik qazanan GÖKTAN raketi, ayrılma mərhələsindən sonra uğurla qanadlarını açıb və hədəf koordinatına doğru uçuşunu yerinə yetirib.
Qeyd edək ki, normalda 80 kilometr mənzilə sahib olan və insanlı/insansız hava platformalarından atıla bilən TOLUN-un itkiləşdirilmiş versiyasının 150+ kilometr məsafəyə çatacağı gözlənilir.
Məlumat üçün bildirək ki, yol nöqtəsi təyinetmə xüsusiyyətindən əlavə, mərkəzi və müstəqil istifadə imkanı olan GÖKTAN, platforma manevrinə ehtiyac qalmadan 360 dərəcə atış qabiliyyəti ilə fərqlənir.
Əyri (meyilli) atış edə bilən GÖKTAN, çoxlu hədəfə eyni anda hücum və ardıcıl atış imkanı təqdim edir.
ABŞ tərəfindən hazırlanan SDB bombası, TOLUN-un ekvivalenti hesab olunur. İsveçin SAAB şirkəti tərəfindən SDB əsasında inkişaf etdirilən GLSDB isə GÖKTAN-ın analoqu kimi tanınır və eynilə GÖKTAN raketi kimi raket mühərrikinə malikdir.