Bakı,TurkicWorld
Türkiyə Silahlı Qüvvələri (TSQ) terrorçulara qarşı mübarizəsini davam etdirir.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyin açıqlama verib.
İraqın şimalındakı Qara və Pəncə-Kilid əməliyyatı bölgələrində müəyyən edilən 2 PKK terrorçusu zərərsizləşdirilib.
"Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalındakı Qara və Pəncə-Kilid əməliyyatı bölgələrində aşkarladıqları 2 PKK terrorçusunu zərərsizləşdirib. Əsgərlərimizin terrora və terrorçulara qarşı qəhrəmancasına mübarizəsi davam edəcək.” - deyə açıqlamada bildirilib.
Kahraman Türk Silahlı Kuvvetlerimiz, Irak’ın kuzeyindeki Gara ve Pençe-Kilit Operasyonu bölgelerinde tespit ettiği 2 PKK’lı teröristi etkisiz hâle getirdi.
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) February 18, 2025
Mehmetçiğin teröre ve teröriste karşı kahramanca mücadelesi devam edecek!#MillîSavunmaBakanlığı pic.twitter.com/zJm3N9sN3a