Bakı,TurkicWorld
Türkiyənin Milli Müdafiə Naziri Yaşar Gülər, Ukraynanın Müdafiə Naziri Rustem Umerov ilə Ankarada görüşüb.
TurkicWorld, AzerVoice-ə istinadən xəbər verir ki, görüş Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyəyə səfəri çərçivəsində baş tutub. Rustem Umerov Türkiyədə hərbi mərasimlə qarşılanıb.
Rəsmi qarşılanma mərasimindən sonra nazirlər arasında təkbətək və geniş tərkibdə görüş keçirilib.
Görüşdə iki ölkə arasında hərbi və müdafiə sahəsində əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə edilib.
Toplantıda Türkiyə Quru Qoşunları komandanı, ordu generalı Səlcuq Bayraktar da iştirak edib.