Son dəqiqə

Türkiyə PKK Ali Yerlikaya GÜRZ əməliyyatları

Türkiyədə 51 şəhərdə PKK/KCK-ya qarşı əməliyyat keçirilib

Bakı, TurkicWorld

Türkiyədə son 5 gündə PKK/KCK terror təşkilatına qarşı 51 şəhərdə davam edən “Gürz-46” əməliyyatları çərçivəsində təşkilatla əlaqədə olmaqda şübhəli bilinən 282 nəfər saxlanılıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, əməliyyatlarla bağlı sosial media hesabında paylaşım edən Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya bildirib.

Əməliyyatlar zamanı şübhəlilərin ünvanlarından 2 ədəd AK-47 markalı avtomat, 8 sənədsiz ov tüfəngi, 5 sənədsiz tapança, 3 boş tapança və çoxlu sayda rəqəmsal material müsadirə edilib.

Ali Yerlikayanın koordinasiyası ilə Respublika Baş Prokurorluğu, Təhlükəsizlik Ümumi Müdirliyinin Terrorla Mübarizə (TEM) və Kəşfiyyat Şöbələrinin rəhbərliyi altında həyata keçirilən "Gürz-46" əməliyyatları Adıyaman, Adana, Afyonkarahisar, Ağrı, Amasya, Ankara, Antalya da daxil olmaqla 51 şəhəri əhatə edib.

Əməliyyat nəticəsində saxlanılan şəxslərin PKK/KCK-nın siyasi, maliyyə və həbsxana strukturlarında fəaliyyət göstərdiyi, təşkilata maliyyə yardımı etdiyi, yeni üzvlərin qəbuluna vasitəçilik etdiyi, qadağan olunmuş nəşrlərə sahib olduğu və həbsxanalarda qanunsuz fəaliyyətlər təşkil etdiyi müəyyən edilib.

“Terrorsuz Türkiyə” məqsədimizə çatmaq, millətimizin sülh, birlik və həmrəyliyini təmin etmək üçün terrorun hər növünü bu torpaqlardan kökündən silməkdə qərarlıyıq.” - deyə Yerlikaya bildirərək, əməliyyatları koordinasiya edən baş prokurorluqlara və əməliyyatı həyata keçirən təhlükəsizlik qüvvələrinə təşəkkür edib.

Mövzuya görə xəbərlər