Baykar

Baykar yeni bir uğura imza atdı

Bakı, TurkicWorld

Türkiyənin yerli və milli PUA, SİHA və DİHA istehsalçısı olan Baykarın yeni Kalkan DİHA bir sıra testlərdə uğurla keçib.

TurkicWorld xəbər verir ki, bu haqda Türkiyənin yerli və milli PUA, SİHA və DİHA istehsalçısı olan Baykar, rəsmi sosial media hesabından verdiyi açıqlamasında deyilir.

Açıqlamada Kalkan DİHA-nın Sistem Tanıma Testini müvəffəqiyyətlə tamamladığı bildirilib.

Məlumat üçün bildirək ki, Şaquli Uçuş və Eniş Pilotsuz Uçuş Aparatı (DİHA) kəşfiyyat üçün nəzərdə tutulan Taktik İHA sinfinə aid bir təyyarədir. Avtomatlaşdırılmış kruiz uçuşu, avtonom uçuş, avtonom eniş və yarı avtonom kruiz uçuşu edə bilir. Bayraktar KALKAN DİHA elektrik mühərrikləri ilə havaya qalxdıqdan sonra kruiz uçuş rejiminə keçəcək və kruiz uçuş rejimində yalnız yanacaq mühərriki aktiv olacaq. Eniş rejimi üçün üç fərqli variant var: şaquli eniş, bədənə enmə və paraşütlə eniş. Təyyarədə avtomatik marşrut izləmə, hədəf izləmə, dövrə vurma və qayıtma rejimlərini yerinə yetirə bilən uçuş idarəetmə sisteminə malikdir.

Mövzuya görə xəbərlər