BAKI, TurkicWorld
Bayraktar AKINCI TİHA, Baykar tərəfindən milli və orijinal olaraq hazırlanan hücum pilotsuz uçuş aparatı, 100 min uçuş saatını uğurla tamamlayıb.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, layihə çərçivəsində hazırlanan AKINCI, Türkiyə aviasiya tarixində mühüm mərhələ keçdi və 11 ölkəyə ixrac edilib.
İran prezidenti Rəisinin helikopterinin yerini müəyyən etdi
19 may 2024-cü ildə İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğramasından sonra Bayraktar AKINCI axtarış-xilasetmə əməliyyatında kritik rol oynayıb. Gecə görmə sistemləri və qabaqcıl sensorları sayəsində qəzaya uğrayan helikopterin yerini dəqiqliklə təyin edərək koordinatları İran hakimiyyətinə ötürüb
Şimali Kiprdə tarixi uçuş
KKTC-nin 50-ci ildönümü münasibətilə iki Bayraktar AKINCI TİHA Tekirdağdan havaya qalxaraq 1022 kilometr uçubvə Geçitkale Hava Limanına uğurla eniş edib. Tədbir çərçivəsində səmada unudulmaz bir hava şousu nümayiş etdirib.
Hündürlük rekordu və fəlakət zonalarında fəaliyyət
Bayraktar AKINCI 21 iyun 2022-ci ildə 45,118 fut (13,716 metr) yüksəkliyə qalxaraq Türkiyə aviasiya tarixində yeni rekord müəyyən edib. 6 fevral 2023-cü ildə Kahramanmaraş zəlzələsindən sonra axtarış-xilasetmə və təhlükəsizlik əməliyyatlarında iştirak edərək fəlakət bölgəsində mühüm dəstək verib.
Milli sursatlarla uğurlu sınaqlar
Bayraktar AKINCI, MAM-L, MAM-T, TOLUN, LAÇİN 82 LGK-81 və Çakır kruiz raketi kimi müxtəlif milli sursatlarla hədəfləri dəqiq vuraraq uğurlu testlər keçirib.
İxrac və beynəlxalq uğurlar
2023-cü ildə Səudiyyə Ərəbistanı ilə imzalanan müqavilə ilə Türkiyənin ən böyük aviasiya ixracı reallaşıb. 2025-ci ildə İndoneziya ilə “Bayraktar TB3 və Bayraktar AKINCI” üzrə birgə istehsal müqaviləsi imzalanıb. Bayraktar AKINCI, TEKNOFEST Azərbaycan çərçivəsində üç ölkədən – Türkiyə, Gürcüstan və Azərbaycan üzərindən uçaraq Bakıya gəlib.
Dünya aviasiya sənayesində ixrac çempionu
Baykar 2023-cü ildə 1,8 milyard dollarlıq ixrac reallaşdıraraq Türkiyədə müdafiə sənayesində lider olub Hal-hazırda Bayraktar TB2 üçün 34, Bayraktar AKINCI üçün isə 11 ölkə ilə ixrac müqaviləsi imzalanıb.
Bayraktar AKINCI, müasir pilotsuz texnologiyaları və beynəlxalq uğurları ilə Türkiyənin aviasiya sənayesində gücünü nümayiş etdirməyə davam edir.






