Son dəqiqə

Türkiyə Numan Kurtulmuş TBMM

Trampın Qəzza planı mümkün olmayan bir xəyaldır - Kurtulmuş

Bakı, TurkicWorld

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, ABŞ prezidenti Donald Trampın Qəzza planı ilə bağlı açıqlamalar verib.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, Kurtulmuş bildirib ki, dünyada heç bir güc Fələstin torpaqlarını fələstinlilərdən təmizləyə bilməz.

O, bu fikrin insan haqlarına, beynəlxalq hüquqa, ağıl və məntiqə zidd olduğunu vurğulayıb.

“Bu, heç vaxt gerçəkləşməyəcək bir xəyaldan başqa bir şey deyil,” – deyə TBMM sədri əlavə edib.

Mövzuya görə xəbərlər