Bakı, TurkicWorld
ASELSAN-ın Omandaki yeni ofisinin açılış mərasimi keçirilib.
TurkicWorld xəbər verir ki, bu barədə ASELSAN açıqlama verib.
Açıqlamaya əsasən, açılış mərasimi Türkiyə Müdafiə Sənayesi İdarə Heyyətinin sədri Haluk Görgün, Türkiyənin Oman səfiri Muhammet Həkimoğlu, ASELSAN-ın baş direktoru Ahmet Akyol, TUSAŞ-ın baş direktoru Mehmet Dəmiroğlu, ,HAVELSAN baş direktoru Mehmet Akif Nacar və ROKETSAN baş direktoru Murat İkincinin iştirakı ilə keçirilib.
ASELSAN-ın Omanda olması iki ölkə arasında biliklərin ötürülməsi və potensialın artırılması fəaliyyətləri baxımından yeni imkanlar təqdim edəcək.
Haluk Görgün ASELSAN-ın Omandakı Maskat ofisinin açılışında iştirak etməkdən çox məmnun olduğunu bildirib.
Türk müdafiə sənayesinin son illərdə inkişaf etdirdiyi texnologiyalar və artan ixrac imkanları ilə qlobal miqyasda diqqətəlayiq uğurlara imza atdığını ifadə edən Görgün, bu yeni ofisi Körfəz bölgəsi ilə əlaqələrin dərinləşdirmək əzmini əks etdirən mühüm addım hesab etdiyini və bunun Türkiyə ilə Oman arasındakı əlaqələri daha da dərinləşdirəcəyinə inandığını bildirib.
Haluk görgün bu təşəbbüsdə iştirak edən və əməyi keçən hər kəsə öz təşəkkürlərini bildirib.